"Qəbələ" günü iki məşqlə başa vurdu

“Qəbələ” 2019-2020-ci illər mövsümünə hazırlıqları davam etdirir.

 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “qırmızı-qaralar” hazırlıq prosesinin ikinci gününü arxada qoyub. Komanda günü iki məşqlə yekunlaşdırıb. Günün birinci yarısında futbolçular fitness çalışmaları yerinə yetiriblər.

 

Günün ikinci yarısında isə komanda toplu və topsuz çalışmalar gerçəkləşdirib. Bərpa prosesi keçən Rasim Ramaldanov komandadan ayrı məşq edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right