Şeydayev "Dinamo"nun əsas heyətində

Millimizin üzvü Ramil Şeydayev yeni klubu Rusiya "Dinamo"sunda ikinci oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, 23 yaşlı hücumçu Çexiyanın "Slovan" (Liberets) klubu ilə yoxlama görüşündə iştirak edib. Matç Moskva təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə meydana çıxan R.Şeydayev 68-ci dəqiqədə əvəzlənib. O, komandasının qolunun vurulmasında fəal iştirak edib.

Xatırladaq ki, R.Şeydayev bundan əvvəl  Çexiya "Sparta"sı ilə yoxlama görüşündə (1:1) oynamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right