Yığmamız Rusiyaya uduzdu

Portuqaliyanın Nazare şəhərində təşkil olunan Avropa Liqası (Euro Beach Soccer League) turnirində iştirak edən çimərlik futbolu üzrə Azərbaycan millisi ilk oyununu keçirib. Newsport.az xəbər verir ki, Rusiya ilə qarşılaşmanın əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb.

Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti seriyasında rəqib daha dəqiq oynayıb və 4:3 hesabı ilə qalib gəlib. Oyun zamanı millimizin qollarını Sabir Allahquliyev, Elşad Manafov və Amid Nazarov vurub.

Komandamız turnir çərçivəsində növbəti oyununu bu gün İspaniyaya qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right