"Səbail" və "Universitatya Krayova"nın şansları bərabərdir" Skarlatake

“Səbail” yaxşı komandadır, xüsusilə, hücumda güclüdürlər. Heyətlərində əsasən də sağ cinahda sürətli futbolçuları var. Bu komanda "Universitatya Krayova" üçün asan rəqib deyil. Çox azarkeşi olmadığına görə onlar üçün evdə və ya səfərdə oynamağın fərqi yoxdur".
 
Newsport.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin rumıniyalı futbolçusu Adrian Skarlatake ölkəsini təmsil edən "Universitatya Krayova"nın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan "Səbail" haqda danışarkən deyib.
 
Ölkəsinin mətbuatına danışan 32 yaşlı müdafiəçi hər iki komandanın şanslarının bərabər olduğunu söyləyib: "Bakı yaxşı yerdir, orada heç bir problem yoxdur. Ancaq matç zamanı hava çox isti olacaq. Bundan başqa, meydan süni örtüklü olduğu üçün çətin olacaq. Fikrimcə, şanslar demək olar ki, bərabərdir. Məncə, "Universitatya Krayova" ilə oyunlar “Səbail” üçün çətin olacaq. Onların avrokubokda ilk ilidir. Bu, təcrübəsi olmayan yeni komandadır. Ancaq Bakıda havanın isti olması və süni örtüklü meydan Rumıniya klubuna problem yaradacaq. Krayovada rumınların daha böyük şansı olacaq. Matça baxmağa gələcəyəm. Ümid edirəm ki, məşqi də izləyə biləcəyəm”.
 
Skarlatake Rumıniyanın 2 klubundan təklif aldığını, ancaq karyerasını Azərbaycanda davam etdirməyə qərar verdiyini də söyləyib: “Burada stabilliyim var, özümü yaxşı hiss edirəm və başqa klubla yeni müqavilə haqda düşünmürəm".
 
Qeyd edək ki, “ASCO Arena”da keçiriləcək “Səbail” -"Universitatya Krayova" oyunu  iyulun 11-i yerli vaxtla saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab görüşü isə iyulun 18-də Krayovada olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right