Essyen "Çelsi"yə qayıda bilər

"Səbail"in ulduz futbolçusu Maykl Essyen yenidən İngiltərəyə qayıda bilər. Newsport.az xəbər verir ki, bu iddia ilə Britaniya mətbuatı çıxış edib.

Bildirilir ki, "Çelsi"nin yeni baş məşqçisi Frenk Lempard 37 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdı. Ancaq gənc çalışdırıcı onu futbolçu yox, məşqçi kimi yanına aparmaq niyyətindədi. "Səbail"lə müqavilə müddəti 2019-20 mövsümünün sonuna qədər olan Qana millisinin sabiq üzvü məhz gələn ilin yayında "Çelsi"yə məşqçi təyin oluna bilər.

Bu arada, Lempardın "Çelsi"yə təyinatından sonra sabiq komanda yoldaşları sosial şəbəkə vasitəsilə onu təbrik edib. Təbrik edənlər arasında Essyen də var. O, keçmiş yarımmüdafiəçini evinə qayıtdığını görməkdən qürur duyduğunu vurğulayıb.

Qeyd edək ki, Maykl Essyen və Frenk Lempard 2005-2014-cü illərdə "Çelsi"də çiyin-çiyinə çıxış ediblər. Lempard "zadəganlar"la dünən 3 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right