"Neftçi"nin potensial rəqibindən hücumçu transferi

"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi "Arsenal" heyətini gücləndirməkdə davam edir. Newsport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Tula təmsilçisi daha bir oyunçunu transfer edib.

Premyer Liqa klubu "Voluntari"nin hücumçusu Akesandru Tudorie ilə anlaşıb. 23 yaşlı forvard yeni komandası ilə uzunmüddətli müqavilə imzalayıb. Rumıniyanın gənclər millisinin sabiq üzvünün keçidi "Voluntari"yə 300 min avro qazandırıb.

Qeyd edək ki, "Arsenal" Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" - "Sperantsa" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right