“Qəbələ” “Anderlext”in sabiq futbolçusunu alır

Bugündən Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” kot-d'ivuarlı forvard transfer edir. Newsport.az xəbər verir ki, söhbət Kristian Koakudan gedir.
 
Çexiya mətbuatında yayılan məlumatda futbolçunun Azərbaycanı avrokuboklarda 2-ci mərhələdən təmsil edəcək komandaya transfer ediləcəyi bildirilir. Nəzərə alsaq ki, bu mövsüm qitəmiqyaslı yarışlarda yalnız “Qəbələ” 2-ci mərhələdən start götürəcək, transferin hansı klub tərəfindən həyata keçiriləcəyinə şübhə yeri qalmır.
 
Karyerası ərzində Belcika “Anderlext”i, Fransa “Kann”ı kimi məşhur klubların şərəfini qorumuş 28 yaşlı forvardın son komandası Çexiya “Karvina”sı olub.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right