“Səbail”in oyununa Finlandiyadan təyinatlar

Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Səbail” – “Universitatea Krayova” (Rumıniya)  oyununa hakim təyinatları açıqlanıb.
 
Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Finlandiya Futbol Federasiyasından olan hakimlər idarə edəcək. Görüşün baş hakimi Ville Nevalaynen olacaq. 
 
Ona Mikko Alakare və  Mika Lamppu köməklik edəcək. Dördüncü hakim funksiyasını Atte Jussila yerinə yetirəcək.
 
Qeyd edək ki, “ASCO Arena”da keçiriləcək görüş iyunun 11-i yerli vaxtla saat 20:00-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right