Rauf Cabbarov Avroliqa oyununa təyinat aldı

FİFA referisi Rauf Cabbarov təyinat alıb.

Newsport.az xəbər verir ki, o, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 11-də keçiriləcək “Fola” (Lüksemburq) – “Çixura” (Gürcüstan) qarşılaşmasının baş hakimi olacaq.

 Ona Akif Əmirəli və Yaşar Abbasov kömək edəcək. Dördüncü hakim İnqilab Məmmədov olacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right