Şeydayevə yeni baş məşqçisindən qiymət: "İndi onun üçün yeni komandadı, yeni tələblər var, gəlin, görək..."

Moskva "Dinamo"sunun yeni baş məşqçisi Dmitri Xoxlov yeni transferləri olan Ramil Şeydayevi dəyərləndirib.

Newsport.az xəbər verir ki, 43 yaşlı mütəxəssisin fikrincə, millimizin hücumçusunun yeni klubunda özünü necə göstərəcəyini indidən demək çətindi: "Şeydayev gənc futbolçudu, Prinsipcə, Rusiyanın gənclər yığmasından çıxışı yadımızdadı. Ötən mövsümü "Krılya Sovetov"da keçirdi və çempionatın sonuna yaxın oynamağa başladı. Ancaq indi yeni komandadı, yeni tələblər var. Gəlin, görək burda necə açılacaq. Bir hücumçu yaxşı göstəricilərə malikdi".

Qeyd edək ki, Xoxlov 23 yaşlı Şeydayevi Avstriya təlim-məşq toplanışında Praqa "Sparta"sıyla 1:1 hesabıyla nəticələnən yoxlama matçında fasilədən dərhal sonra meydana buraxıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right