"Qarabağ" Şehiçi qaytarır?

"Ərzurumspor"un qapıçısı İbrahim Şehiç yenidən Azərbaycanda çıxış edə bilər. Newsport.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovina mətbuatı məlumat yayıb.

Bildirilir ki, "Qarabağ" sabiq qolkiperinin xidmətində maraqlıdı. "Qarabağ"la yanaşı, "Kasımpaşa", "Trabzonspor" və "Qaziantepspor" da 30 yaşlı qapıçını heyətinə qatmaq niyyətindədi.

Bosniya və Herseqovina millisinin üzvünün "Ərzurumspor"da qalmaq ehtimalı da var. Ərzurum təmsilçisi I liqaya yuvarlanmasına baxmayaraq, onun satılmasına qarşıdı. Klub prezidenti Hüseyin Üneş Türkiyə mətbuatına açıqlamasında hələ qərar vermədiklərini deyib: "Əcnəbi futbolçuların maaşı yüksəkdi. Onlardan ən azı 5-i ayrılacaq. Ancaq Şehiçi satmaq istəmirik. Aşağı liqaya düşsək də, Şehiç yaxşı mövsüm keçirdi. Onunla bağlı Türkiyə və Avropadan təkliflər almışıq. Amma qapıçımızın qalmasını istəyirik".

Qeyd edək ki, 2013-2018-ci illərdə "Qarabağ"da çıxış etmiş İbrahim Şehiç "Ərzurumspor"a ötən il məhz Ağdam klubundan keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right