"Zirə"dən ayrılan futbolçu Moldova klubunda

Ötən mövsümün sonunda “Zirə” ilə yollarını ayıran Aleksandr Dedovun yeni klubu müəyyənləşib.

Newsport.az-ın xəbərinə görə,  moldovalı yarımmüdadiəçi ölkəsinin “Petrokub” klubuna transfer olunub. Bu barədə Moldova təmsilçisinin rəsmi “Feysbuk” səhifəsi məlumat yayıb. Yeni mövsüm Avropa Liqasında mübarizə aparacaq klub Dedovla imzalanan müqavilənin detallarını açıqlamayıb. O, yeni klubunda 7 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, A.Dedov ötən mövsüm "Zirə"də 33 oyundea 6 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right