"Bizdə heç nə alınmadı" "Viktoriya"nın məşqçisi

"Birinci hissə düşüncələrimizə, ideyamıza uyğun keçmədi". Newsport.az saytı xəbər verir ki, bu sözlər "Viktoriya"nın məşqçisi Zdenek Beçkaya məxsusdu.

49 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında Avstriya toplanışı çərçivəsində "Qarabağ"la keçirilən yoxlama görüşünü dəyərləndirib.

Baş məşqçi Pavel Vrbanın köməkçisi olan Beçka iki fərqli hissə keçdiyini deyib: "Matçın gedişində bir qədər fərqli taktikanı sınaqdan keçirdik. Təəssüf ki, bu baxımdan bizdə heç nə alınmadı. Rəqib daha aqressiv idi və bu amil bizim çox vaxtımızı aldı. Fasilədən sonra klassik 4-2-3-1 taktikamıza döndük. 5-6 oyunçu əvəzləməsindən sonra istər-istəməz oyunda da dəyişiklik olur. Biz artıq oyuna dominantlıq edirdik. Yaxşı ki, ehtiyatdakı uşaqlar komandanın gücünə təkan verdi. Bu, rəqibəti artırır və heç kim yerinin təmin olunmadığını görür".

Qeyd edək ki, "Viktoriya" - "Qarabağ" görüşü 2:2 hesabı ilə nəticələnib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right