"Neftçi"nin potensial rəqibi 11 qol buraxan rəqibə qalib gələ bilmədi

"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi "Arsenal" yeni mövsümün hazırlıqlarını Avstriyada davam etdirir. Newsport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi yoxlama görüşündə qüvvəsini sınayıb.

Tulalılar "Pribram"la qarşılaşıb. Əvvəlki 3 sınaq matçında ümumilkdə qapısında 11 cavabsız top buraxan Çexiya klubu bu dəfə qolsuz bərabərliyə nail olub.

Qeyd edək ki, "Arsenal" Avropa Liqasının II mərhələsində "Neftçi" - "Sperantsa" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 25-də Rusiyada, cavab görüşü isə avqustun 1-də rəqib meydanında keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right