Geryeli Haiti yarımfinalda uduzdu

KONKAKAF Qızıl kuboku yarışında mübarizə davam edir. Newsport.az saytının məlumatına görə, yarımfinal mərhələsinə start verilib.

"Qarabağ"ın müdafiəçisi Vild-Donald Geryenin şərəfini qoruduğu Haiti bu mərhələdə Meksika ilə qarşılaşıb. 90 dəqiqə ərzində qapılara qol vurulmadığından, daha 30 dəqiqə əlavə olunub. Raul Ximenesin 93-cü dəqiqədə penaltidən vurduğu top yeganə olub və Meksika 1:0 hesablı qələbəyə sevinib.

Komandasının mübarizəni dayandırdığı görüşdə Gerye start heyətində yer alıb. Sol cinah oyunçusu yalnız 100-cü dəqiqədə əvəzlənib.

Bu nəticə ilə Meksika finala yüksəlib. Onların həlledici qarşılaşmadakı rəqibi sabah keçiriləcək Yamayka - ABŞ matçının qalibi olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right