"İstədiyimiz çox şey alındı" - Qurban Qurbanov

“Yaxşı oyun oldu. Görüş 2:2 hesabı ilə başa çatmasına baxmayaraq, istədiyimiz çox şey alındı".
 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çexiyanın "Viktoriya" klubu ilə keçirilən yoxlama matçından (2:2) sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Avstriya toplanışı çərçivəsində sonuncu sınaq matçını şərh edən təcrübəli mütəxəssis hazırlıqdan razı qaldığını bildirib: "İkinci hissədə çox dəyişiklik etdik, oyunun balansı bir az pozuldu. Son matçımız idi. Oyundan-oyuna daha da yaxşı performans göstərdik. İki günlük istirahətin ardından “Partizani” ilə oyunun hazırlığına başlayacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right