Emil Balayevi rekorddan neçə dəqiqə ayırır?

“Tobol”un formasını geyinən Azərbaycan millisinin qapıçısı Emil Balayev hazırda Qazaxıstan çempionatında ən çox “quru seriya”ya malik qapıçıdı.

Newsport.az xəbər verir ki, Kostanay klubunun qolkiperi artıq 7 oyundu ki, qapısının toxunulmazlığını qorumağı bacarır.

16-cı turda “Jetısu” ilə görüşdə də qol buraxmayan (1:0) Balayev 630 dəqiqədi ki, qapını rəqib hücumçularının üzünə bağlayıb. Bu göstəriciyə görə Qazaxıstan Premyer Liqasında 1-ci olan 25 yaşlı qapıçı həmkarları üçün əlçatmazdı.

Azərbaycan millisinin üzvü Qazaxıstan çempionatlarının rekorduna da yaxındı. Bunun üçün o, növbəti üç oyunda, həmçinin dördüncü matçın ilk 22 dəqiqəsində "quru seriya"nı davam etdirməlidi.

Qeyd edək ki, rekord “Kayrat”ın sabiq qapıçısı Sergey Boyçenkoya məxsusdu. Keçmiş qolkiper 2005/06 mövsümündə 921 dəqiqə qapısında qol görməyib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right