"Səbail" çətin rəqibdir" rumıniyalı məşqçi

"Səbail"in Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Universitatya Krayova" klubunun baş məşqçisi Korneliu Papure komandasının yoxlama oyununda Macarıstan "Ferenvaroş"una 0:4 hesablı məğlubiyyətini şərh edib.

Newsport.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bundan dərs çıxarmalı olduqlarını söyləyən rumıniyalı mütəxəssis təmsilçimizlə iyulun 11-də keçirəcəkləri avrokubok oyununa da toxunub:

"Biz Macarıstan çempionuna böyük hesabla uduzduq. Amma bu məğlubiyyətdən müsbət şeylər də qazana bilərik. "Səbail"ə gəlincə, çətin rəqibdir. Düzdür, belə oyunlarda avrokubok təcrübəsi lazım olur. Ancaq əminəm ki, onlar bizə qarşı həddindən artıq motivasiyalı oynayacaqlar".


Qeyd edək ki, "Səbail"lə "Universitatya Krayova" arasında ilk oyun iyulun 11-də Bakıda "ASCO Arena"da keçiriləcək və yerli vaxtla 20:00-da başlayacaq. Cavab görüşü isə 1 həftə sonra Rumıniyada olacaq. Həmin matç isə Bakı vaxtı ilə 21:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right