Kosovo millisinin üzvü "Partizani"də

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Partizani" daha bir futbolçunu transfer edib. Newsport.az saytının Albaniya mətbuatına istinadən məlumatına görə, Tirana təmsilçisi yarımmüdafiə xəttini gücləndirib.

"Partizani" "Şkupi"dən yenicə ayrılan və azad agent statusu daşıyan Rron Broxanı heyətinə cəlb edib. 23 yaşlı yarımmüdafiəçi Sloveniya toplanışının son günlərində yeni komandasına qoşulub. Albaniyaya döndükdən sonra Kosovonun U-21 yığmasının sabiq üzvü ilə münasibətlər rəsmiləşdiriləcək.

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk oyun iyulun 10-da Tiranada, cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right