"Qarabağ"ın sonuncu oyununun saatı dəyişdirildi

"Qarabağ"ın Avstriyada təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununun başlama saatı dəyişdirilib.

Newsport.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, "Viktoriya"ya (Çexiya) qarşı görüş sabah Bakı vaxtı ilə saat 20:00-da yox, bir saat tez - 19:00-da başlayacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi bundan əvvəl Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub, Rumıniya "Krayova"su ilə qolsuz bərabərə qalıb, Rusiya “Ufa”sına 2:1 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right