"Qarabağ"ın futbolçusu "Sumqayıt"da

"Sumqayıt" transfer fəaliyyətini davam etdirir.

Newsport.az-ın əldə etdiyi məlumata görə, "gənclik şəhəri" təmsilçisi "Qarabağ"ın 18 yaşlı qapıçısı Nicat Mehbalıyevi icarəyə götürüb. Azərbaycanın U-19 millisinin üzvü bir mövsüm "Sumqayıt"da olacaq.

"Sumqayıt" yay transfer dönəmində Vüqar Mustafayev, Amil Yunanov,Sertan Taşqın və Elgün Nəbiyevi heyətinə qatıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right