"Qarabağ"la oyunöncəsi "Partizani"də ciddi itki - əsas hücumçu zədələndi

"Partizani" Çempionlar Liqasının I təsnifat mərhələsinin "Qarabağ"la ilk oyununa ciddi itki ilə çıxa bilər.

Newsport.az-ın Albaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın əsas hücumçusu Yurgen Bardi zədələnib. Bud nahiyyəsindən xəsarət alan 21 yaşlı forvardın nə vaxt sıraya dönəcəyi bilinmir. Albaniyalı futbolçu "Qarabağ"la ilk oyunu buraxa bilər.

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk matç iyulun 10-da Albaniyada olacaq və Bakı vaxtı ilə 19:30-da başlayacaq. Cavab qarşılaşması isə 1 həftə sonra paytaxtımızda keçiriləcək. "Dalğa Arena"dakə görüş yerli vaxtla 21:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right