Məhəmməd Mirzəbəyov: "Roberto Karlos kənara gələrkən məni qucaqladı"

2012-ci ildə Rusiyanın "Anji" klubundan "Sumqayıt"a keçən Məhəmməd Mirzəbəyov Azərbaycanda bir neçə klubda çıxış etdi. "İnter", "Qəbələ" və "Neftçi"də də oyanayn Azərbaycan millisinin üzvü ötən ay "Sabah"la müqavilə bağladı.

Newsport.az xəbər verir ki, 28 yaşlı müdafiəçi md-gazeta.ru saytına müsahibə verib. Mirzəbəyov karyerası ilə bağlı verilən suallara cavab verib.

- Moskvanın "Torpedo" klubundakı günlərini xatırlayırsan?

- Əlbəttə! Məşhur yarımmüdafiəçi İqor Semşovun atası Peter Semşovla birgə eyni komandada idim. Pavel Mamayevin də bizimlə oynadığını diqqətinizə çatdırım. İndi isə təəssüf ki, onun harada olduğunu yaxşı bilirsiniz... Akademiyamız Moskvada ən yaxşılardan idi.

- Alan Dzaqoevlə birgə çıxış etmisən?

- Bəli, ancaq "Torpedo"da yox. Onunla Rusiyanın aşağı yaş millisində çıxış etmişəm. Mükəmməl səviyyədə olan usta futbolçudur. Texnikası, meydanı görmə qabiliyyəti əladır. Bir müddət komanda üzvləri arasında əlaqə var idi. Ancaq zaman keçdikcə ünsiyyət qalmır.

- Azərbaycanda "Sumqayıt", "İnter", "Qəbələ" və "Neftçi" klublarında çıxış etmisiniz. Bu komandaların oxşar və fərqli cəhətləri nədir?

- Eyni ambisiyalar. Hər kəs qələbə qazanmaq və irəli getmək istəyir. Azərbaycandakı klublarla bağlı xoş xatirələrim var. Nəticələr fərqlidir. "Qəbələ" artıq ortabab klubdur. "Sumqayıt" və "Keşlə" (keçmiş "İnter") turnir cədvəlində sonuncu yerlərdə oldular.

- Azərbaycan çempionatında müəyyən tendensiyalar varmı? Məsələn, taktika?

- Klubların oyun üslubu və fəaliyyəti fərqlidir. İki və ya üç mərkəz müdafiəçisi, iki hücumçu və ya bir mərkəz hücumçusu, iki vinger... Qısaca, fərqli amillərdir. Məşqçilər bizi rəqibə uyğun hazırlayır və qarşı tərəfin özəlliklərini göstərirlər.

- "Neftçi" son mövsüm "Qarabağ"dan 8 xal geri qaldı. "Qarabağ" ardıcıl altıncı dəfə Azərbaycan çempionu oldu. Onları Azərabaycanın "Yuventus"udur?

- "Qarabağ" həqiqətən də güclü komandadır. Çempionluq komandanın klasını göstərir. Bu həmin "Qarabağ"dır ki, iki mövsüm əvvəl ÇL-də "Atletiko" ilə hər iki oyunda heç-heçə etdi. Ancaq onların bizdən üstün olduğunu söyləyə bilmərəm. Şəxsi oyunlarda bərabərlik var. "Neftçi" ən yaxın rəqibini 17 xal üstələdi. Müqayisə aparsaq, "Neftçi" və "Qarabağ" eyni səviyyədə olan komandalardır. Mənim fikrimcə, bu iki klub Rusiya Premyer Liqasında ilk səkkizlikdə olar.

- Maliyyə durumu da eynidir?

- Xeyr, bu, mümkün deyil. Ancaq rəqəmləri dəqiq bilmirəm. Ancaq əminəm ki, Rusiya Premyer Liqasında müqavilələr daya yüksəkdir.

- Azərbaycanlı futbolçular individual bacarıqdan asılı olduqları, ancaq taktiki cəhətdən savadlı olmadığını deyirlər. Bu fikir doğrudur?

- Azərbaycanlı futbolçuların böyük driblinq pərəstişkarı olduğunu deyə bilmərəm, Yerli klublardakı braziliyalı futbolçular oyunu öz üzərinə götürə bilir. Yerli oyunçuların sevdiyi şey? Deyərdim ki, özünə görə hücumu təşkil etmək. Ancaq futbol komanda oyunudur. Ötürmələrlə oynamaq lazımdır, zərbələrlə yox.

- Necə legionerlərə üstünlük verilir?

- Fərqli. Avropa, Latın Amerikası və Afrikadan əcnəbilər var. Məsələn, "Qarabağ"dakı əlcəzairli Abdullah Zubir o qədər texnikalıdır ki... Məncə, güclü Avropa klublarında oynaya bilər.

- Azərbaycan klublarında dağıstanlı futbolçular nə qədərdir?

- O qədər çoxdur ki, saylarını bilmirəm. "Qarabağ"da oynayan Bədavi Hüseynovdan tutmuş, aşağı sıralarda qərarlaşan klubların formasını geyinənlərə qədər. "Sumqayıt"da olan Mehti Cənətov və digərləri.

- "Anji"də birgə çıxış etdiyin futbolçularla görüşürsən?

- Yay və qışı Dağıstanda keçirirəm. Çempionatda fasilə yarananda, izn verilirsə, evə gəlirəm. "Anji"ni Azərbaycanda da izləyirəm. Necə oynadıqlarını və hansı yerdə qərarlaşdıqlarını bilirəm. Dağıstana gələndə tamdığım insanlarla "dır-dır" oynayırıq.

- Mövsüm ərzində klubun bazasında qalırsınız?

- Xeyr, şəhərdə ailmələ birgə oluram. Xaricdə toplanışda olan zaman ailəm Dağıstana gedir. Mən Bakıya qayıdanda onlar da geri dönür.

- Azərbaycanca bilirsiniz?

- Xeyr, anlaya bilirəm, amma... Dürüst olmaq lazımdırsa, dil bilmək bacarığım yaxşı deyil. Heç dargin dilini də yaxşı bilmirəm. Azərbaycanlıları daha yaxşı başa düşürəm.

- Azərbaycan millisində də dəvət alırsınız. Hisslər necədir?

- Ancaq məsuliyyət. Klubda çıxış edəndə yalnız öz komandanın azarkeşləri üçün çalışırsan. Ancaq milli komandada ölkənin diqqəti səndə olur.

- Azərbaycan AÇ-2020-nin seçmə mərhələsində 3 oyuna 10 qol buraxıb. Slovakiya Bakıda Azərbaycana 5 qol vurub. Müdafiə xəttiniz bu qədər zəifdir?

- Slovakiya ilə ev oyunu uğursuz oldu. Mən deyərdim ki, slovakiyalılar öz oyunlarından və vurduqları qol sayına görə şoka düşdülər. Müdafiədə çox pis oynadıq. Uelslə oyunda azarkeşləri sevindirməyə çalışacağıq.

- Daha sonra nə düşünürsünüz?

- Gələcəyə çox baxmıram. Futboldan zövq almağa davam etmək istəyirəm. Məşqçi kimi də burada işləyə bilərəm. Ancaq gələcəklə bağlı ciddi düşünmürəm.

- 2011-ci ildə Rusiya kubokunun 1/16 finalında "Volqa" ilə oyunda Roberto Karlosun əvəzinə meydana daxil olmuşdunuz. Həmin anı necə xatırlayırsınız?

- Çox yaxşı xatırlayıram. Roberto Karlos kənara gələrkən məni qucaqladı. O, dünya futbolunda mümkün olan hər şeyi qazandı. Karlos "Anji"də məşqçi kimi də işlədi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right