Vüqar Əsgərov üçün 90 dəqiqə və 1 xal

Futbol üzrə Latviya çempionatında XX turun oyunları keçirilib. Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” də növbəti oyununa çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Valmiera Qlass” ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. 
Azərbaycanlı futbolçulardan yalnız biri - Vüqar bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Turalla Elvinin adı isə ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.
 
“Dauqavpils” hazırda 21 xalla 9 komanda arasında 7-ci pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right