"Qarabağ"ın rəqibi transferdə uduzdu

"Qarabağ"ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Partizani"nin transfer cəhdi uğursuz alınıb. Newsport.az saytının Albaniya mətbuatına istinadən məlumatına görə, Tirana təmsilçisi "Kastrioti"nin yarımmüdafiəçisi Julyan Şehunu heyətinə cəlb edə bilməyib.

Ölkə çempionu 21 yaşlı orta sahə oyunçusu uğrunda "Laçi" ilə mübarizədən məğlub ayrılıb. Azad agent olan Albaniyanın gənclər millisinin üzvü yeni komandası ilə 3 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk oyun iyulun 10-da Tiranada, cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right