"Zirə"yə gəlmədi, Bolqarıstan klubu ilə müqavilə imzaladı

Transfer fəaliyyətinə davam edən "Zirə" serbiyalı futbolçu Zoran Qaiçlə anlaşa bilməyib.

 

Newsport.az saytının məlumatına görə, 29 yaşlı mərkəz müdafiəçisi paytaxt təmsilçisi ilə müqavilənin şərtlərində razılığa gəlməyib.

 

Çexiyanın "Fastav" klubundan ayrılan Qaiç karyerasını Bolqarıstanın yüksək liqasında davam etdirəcək. Sportal.bg saytı serbiyalı futbolçunun "Arda" klubu ilə müqavilə bağladığını yazıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right