Miçel Azərbaycan millisində oynayacaq?

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) "Qarabağ"ın futbolçusu Migel Markos Maderaya (Miçel) yığma komandada oynamaqla bağlı təklif ünvanlayıb.

 

Newsport.az lne.es saytına istinadən xəbər verir ki, 2015-ci ildən Ağdam klubunda çıxış edən 33 yaşlı yarımmüdafiəçi FIFA-nın qaydalarına əsasən, Azərbaycan millisində oynamaq hüququna malikdir. Çünki ispaniyalı futbolçu 5 ildir ki, Azərbaycanda çıxış edir. Miçel Azərbaycan vətəndaşlığını ala və millidə çıxış edə bilər.

 

Miçel ötən ay "Qarabağ"la müqavilə müddətini daha iki il uzadıb.

 

2015-ci ildən Ağdam təmsilçisində çıxış edən ispaniyalı yarımmüdafiəçi 144 oyunda 29 qol vurub, 4 dəfə Premyer Liqa, 2 dəfə isə ölkə kubokunun qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right