"Qarabağ"ın rəqibi kosovolu yarımmüdafiəçi aldı

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində rəqibi olan Albaniyanın "Partizani" klubu növbəti transferini reallaşdırıb.

Newsport.az-ın məlumatına görə, Tirana təmsilçisi kosovolu dayaq yarımmüdafiəçisi Rron Broyanı transfer edib. 23 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Broyanın sonuncu klubu Makedoniya "Skopye"si olub.

O, Albaniya və Kosovonun U-21 yığmalarının üzvü olub. Futbolçu hər iki ölkənin pasportunu daşıyır.

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk oyun iyulun 10-u Albaniyada keçiriləcək və Bakı vaxtı ilə 19:30-da start götürəcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right