Samir Abasov: "Komanda gözlədiyimizdən də yaxşı vəziyyətdədir"

"Qəbələ" ilə yoxlama matçında 1:1 hesablı heç-heçə edən "Zirə"nin baş məşqçisi Samir Abasov fikirlərini bölüşüb.

Newsport.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis komandasından razı qalıb:

"Komanda gözlədiyimizdən də yaxşı vəziyyətdədir. Təkcə bu oyuna görə yox, ümumiyyətlə, hazırlığın geridə qalan müddətinə əsasən deyirəm. Sanki onlar üçün mövsüm bitməyib. Meydanda çox hərəkətli idilər. Bu hələ ilk oyunumuz idi. Qarşıdakı görüşlərdə rotasiya da edəcəyik. Bolu toplanışında da çalışacağıq ki, komanda tam istədiyimiz vəziyyətdə olsun".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right