"Səbail" Rumıniya klubu ilə heç-heçə etdi

Bolqarıstanda təlim-məşq toplanışında olan “Səbail” bu gün üçüncü yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi Rumıniyanın “Klinçeni” klubu ilə qarşılaşıb.  Matç qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki. “Səbail” toplanış çərçivəsində Bolqarıstan klubları ilə qarşılaşıb. "Dənizçilər" “Lokomotiv”ə (Plovdiv) 0:1, “Beroe” klubuna isə 0:4. hesabı ilə uduzub.

28 iyun

19:30. "Səbail" - "Klinçeni (Rumıniya) - 0:0

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right