Qurban Qurbanov: "İstədiyimiz səviyyəyə çatmamışıq"

"Pis oyun alınmadı. Bu gün daha az səhv etdik və əvvəlki oyunlara nisbətən daha hazırlıydıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avstriyada təlim-məşq toplanışı çərçivəsində Rusiyanın "Ufa" klubuna 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra deyib.

Klubun saytına danışan 47 yaşlı mütəxəssis daha sonra bildirib: "Əlbəttə ki, çatışmazlıqlarımız çoxdur, hələ tam istədiyimiz səviyyəyə çatmamışıq. Futbolçular çox məsuliyyətlə hazırlaşırlar. Qarşıdakı son yoxlama oyununa da ciddi hazırlaşacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right