"Qarabağ" "Ufa"nı məğlub etdi

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün növbəti yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, ölkə çempionu Rusiyanın "Ufa" komandası ilə üz-üzə gəlib. Qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarını 54-cü dəqiqədə Abdullah Zubir, 62-ci dəqiqədə isə Miçel Madeyra vurub. 

Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçilik etdiyi kollektiv buna qədər “Ludoqorets”ə (Bolqarıstan) 0:2 hesabı ilə məğlub olub, “Krayova” (Rumıniya) ilə qolsuz bərabərə qalıb.

19:00. “Qarabağ" - "Ufa" - 2:1

Qollar: Abdullah Zubir, 54, Miçel Madeyra 62

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right