"Qarabağ"da ikitərəfli oyun FOTOLAR

"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda 9-cu günü iki məşqlə başa vurub. Günün ilk məşqi yerli vaxtla 11:00-da (Bakı vaxtı ilə 13:00) start götürüb və 90 dəqiqə davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib. Hazırlıq taktiki çalışmalarla başa çatıb.

Günün ikinci məşqi isə yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) start götürüb. Bu məşqdə isə futbolçular ikitərəfli oyun keçirib.

Qeyd edək ki, "Qarabağ" bu gün Avstriyada üçüncü yoxlama oyununu keçirəcək və Rusiyanın "Ufa" klubu ilə qarşılaşacaq.






















 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right