"Səbail" üçüncü yoxlama oyununa çıxır

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün üçüncü yoxlama oyununu keçirəcək.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi Rumıniyanın “Klinçeni” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 19:30-da başlayacaq.

“Səbail” toplanış çərçivəsində Bolqarıstan klubları ilə qarşılaşıb. "Dənizçilər" “Lokomotiv”ə (Plovdiv) 0:1, “Beroe” klubuna isə 0:4. hesabı ilə uduzub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right