"Qarabağ"ın Rusiya klubu ilə oyununun saatı açıqlandı

"Qarabağ"ın Avstriyada təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununun başlama saatı müəyyənləşib.

Newsport.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Rusiya təmsilçisi "Ufa"ya qarşı keçiriləcək görüş sabah Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub. Qurban Qurbanovun çalışdırdığı kollektiv ikinci sınaq matçında Rumıniyanın "Krayova" klubu ilə 0:0 hesablı heç-heçə edib.

Komanda son yoxlama görüşünü iyulun 2-də Çexiyanın “Viktoriya” klubu ilə keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right