Paşayev oynadı, komandası III liqa təmsilçisinə uduzdu

Azərbaycan milisinin futbolçusu Pavel Paşayevin komandası "Aleksandriya" təlim-məşq toplanışını Hollandiyada davam etdirir. Newsport.az saytının məlumatına görə, Ukrayna klubu hazırlıq çərçivəsində ilk yoxlama görüşünü keçirib.

Rəqib Almaniyanın III Bundesliqa təmsilçisi "Yurdingen" olub. Qarşılaşma almanların 4:3 hesablı qələbəsi ilə nəticələnib. "Aleksandriya" hər hissədə fərqli "11-lik"lə çıxış edib. Paşayev isə 60-cı dəqiqədə meydana daxil olub və 30 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, "Aleksandriya" növbəti oyununu sabah "Anderlext"ə qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right