"Qarabağ"ın rəqibi məğlub oldu

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Albaniyanın "Partizani" klubu Sloveniyada təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyunu keçirib.

Newsport.az saytının məlumatına görə, Tirana təmsilçisi Sloveniyanın “Mura” klubu ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

Paytaxt klubu bundan əvvəl yoxlama görüşündə Bosniya və Hersoqovina təmsilçisi “Sarayevo”ya məğlub olmuşdu - 1:5.

Qeyd edək ki, “Qarabağ”la “Partizani” arasındakı ilk oyun iyulun 10-da Tiranada, cavab qarşılaşması ilə bir həftə sonra Bakıda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right