Bəhlul Mustafazadə "Qəbələ"dən ayrıldı

"Qəbələ"dən daha bir futbolçu ayrılırb ayrılıb.

Newsport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadə "qırmızı-qaralar"ı tərk edib.

22 yaşlı mərkəz müdafiəçisinin xarici və yerli klublardan təklifləri var. Bəhlul karyerasını Azərbaycanda davam etdirmək fikrindədir. Onunla müqavilə imzalayacaq klub "Qəbələ"yə yetişdirmə haqqı ödəməlidir.

Qeyd edək ki, Bəhlul Mustafazadə "Qəbələ"nin yetirməsidir. O, ötən mövsüm 28 oyuna 1 qol vurub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right