"Qəbələ"dən "Sabah"a RƏSMİ

2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, gənc müdafiəçi Bəhlul Mustafazadə bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. 22 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

“Qəbələ”nin yetirməsi olan Bəhlul peşəkar karyerasında bu komandadan başqa “Sumqayıt”ın uğurları üçün də çalışıb. Mustafazadə ötən mövsüm “Qəbələ”də çıxış edib. 

Müdafiəçi Azərbaycan yığmasının U-17, U-19 və U-21 komandalarının şərəfini qoruyub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right