Vassaras AFFA-da seminar keçirdi

AFFA-nın Hakimlər Komitəsinin təlimçiləri və İnkişaf qrupunda yer alan hakim və hakim köməkçiləri üçün seminar keçirilib. Newsport.az xəbər verir ki, üç gün davam edən seminara UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassaras və AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik rəhbərlik edib.

Nəzəri və təcrübi biliklərin çatdırılması üçün müxtəlif üslublardan yararlanan seminar iştirakçılarına “Oyun Qaydaları”ndakı son dəyişikliklərlə bağlı məlumat verilib, onlar  müxtəlif ölkələrin çempionat oyunlarından hazırlanmış videoları izləyib, müzakirələr aparıblar.

Seminarın sonunda fərqlənən Hakimlər Komitəsinin təlimçilərinə sertifikat verilib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah