"Qarabağ" "Səbail"in rəqibi ilə heç-heçə etdi Yenilənib

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ikinci yoxlama görüşünü keçirib.

Newsport.az saytının məlumatına görə,  Ağdam klubu "Səbail"in Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi "Krayova" (Rumıniya) ilə qarşılaşıb. Oyunda qol vurulmayıb.

 

Qeyd edək ki, Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub. Komanda iyunun 28-də Rusiyanın “Ufa” və iyulun 2-də Çexiyanın “Viktoriya” klubları ilə də yoxlama oyunu keçirəcək.


25 iyun

Yoxlama oyunu

20:00. "Qarabağ" - "Krayova" - 0:0





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah