"Sperantsa" - "Neftçi" oyununun saatı açıqlandı

"Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sperantsa" ilə ilk oyununun vaxtı açıqlanıb.

Newsport.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, iyulun 11-də Moldovanın paytaxtı Kişinyovda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Komandalar arasında cavab oyunu isə 1 həftə sonra Bakıda olacaq.

Qeyd edək ki, bu cütün qalibi 2-ci təsnifat mərhələsində Rusiyanın "Arsenal" (Tula) klubu ilə qarşılaşacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah