"Burdakı atmosferdən çox xoşum gəlir" Emil Balayev

"Oyuna çox ciddi hazırlaşmışdıq. "Kaysar"la görüşdən sonra bərpa olunmaq üçün az vaxtımız var idi. Ancaq uşaqlara əhsən düşür. Çünki onlar matça kökləndilər və azarkeşlərimizə yaxşı oyun göstərdilər".

Newsport.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin qapıçısı Emil Balayev deyib.

Qolkiperin şərəfini qoruduğu "Tobol" Qazaxıstan Premyer Liqasının XV turunda doğma arenasında "Okjetpes" üzərində 2:0 hesablı qələbə qazanıb. Klubun rəsmi saytına açıqlamasında görüşü dəyərləndirən Balayev Mərkəzi Arenada süni örtüyün təbii ilə əvəzlənməsinə də münasibət bildirib.

Emil bunun onlara problem yaratmadığını vurğulayıb: "Süni və təbii örtük arasında hər zaman fərq olur. Uyğunlaşmağa görə bir neçə həftədi buna görə hazırlıq keçirik. Oyunöncəsi məşqimizi də Mərkəzi Arenada keçdik. Düşünürəm ki, artıq hər kəs bu stadiona uyğunlaşıb. Bu prosesi uğurla geridə qoyduq. Qarşılaşma göstərdi ki, narahat olmaq üçün hər hansı bir səbəb yoxdu. Küləkli hava da oyuna mane olmadı. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, arenamızdakı atmosferdən çox xoşum gəlir, burda hər şey əladı. Dəstəyə görə azarkeşlərə minnətdaram".

Qeyd edək ki, "Tobol" hazırda 35 xalla "Astana" ilə birlikdə turnir cədvəlinə başçılıq edir. Kostanay klubunun ehtiyatında hələ 2 oyun var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right