"İllik maaş təklifimizi aylıq kimi başa düşürlər" - "Qəbələ" rəsmisi

"Qəbələ"nin baş meneceri Zaur Əzizov transfer məsələlərindən danışıb.

Newsport.az-ın məlumatına görə, klub rəsmisi "Futbol+" qəzetinə açıqlamasında maraqlı fikirlər səsləndirib. O bildirib ki, futbolçulara təklif etdikləri məbləği eşidən menecerlər şoka düşürlər:

"Menecerlər futbolçu təklif edirlər. Şərtlərimizi deyirik, futbolçuya verə biləcəyimiz pulu bildiririk. Elə başa düşürlər ki, aylıq məvacibdir. Halbuki illik maaşı deyirik. Məbləği eşidəndə şoka düşürlər. Onları da qınamıram, iki dəfə Avroliqanın qrupunda oynayan komanda üçün indi futbolçuya təklif etdiyimiz maliyyə şərtləri bir qədər qeyri-adi görünür".

 
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right