"Rəqibimiz daha hazırlıqlı idi" - Aftandil Hacıyev

"Toplanış çərçivəsində ilk oyunumuz idi. Əsasən gənc oyunçularımıza şans verdik. Təcrübəli futbolçularımızın bir neçəsi komandaya yeni qoşulub və onlar hələ ki oynamağa tam hazır deyil".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Bolqarıstanda təlim-məşq toplanışı çərçivəsində sözügedən ölkənin "Lokomotiv" klubuna 0:1 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra klubun saytına deyib.

O bildirib ki, rəqibdən fərqli olaraq, hazırda  hazırlığın ilkin mərhələsindədirlər: "Bolqarıstan çempionatının təqviminə uyğun olaraq, rəqibimiz bizimlə müqayisədə daha hazırlıqlı idi. Bununla belə, oyuna nəzarət etməyə çalışırdıq. Sadəcə, gənc oyunçularımızın təcrübəsi çatmadı ki, rəqib qapısı qarşısında daha təhlükəli epizodlar yaradaq"





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah