"Qarabağ" Bolqarıstan çempionuna uduzdu Yenilənib

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sözügedən ölkədə ilk yoxlama oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu Bolqarıstan çempionu  “Ludoqorets”lə qarşılaşıb. Qurban Qurbanovun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, “Qarabağ” Avstriyada daha 3 yoxlama oyunu keçirəcək. Qurban Qurbanovun komandası iyunun 25-də Rumıniyanın “Krayova”, 28-də Rusiyanın “Ufa” və iyulun 2-də Çexiyanın “Viktoriya” klubları ilə də qarşılaşacaq.
 
22 iyun

Yoxlama oyunu

20:00. "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) - 0:2
Qollar:
 Marselinyo, 17, D. Bakalov, 71

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right