"Zirə" məşqlərə başladı FOTOLAR

"Zirə” növbəti mövsüm üçün təlim-məşq toplanışına start verib.

Newsport.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, Samir Abasovun komandası Biləcəri Futbol Mərkəzində bir araya gəlib.

Bakı təmsilçisinin hazırlığı 2 mərhələdən ibarət olacaq. İlk mərhələ iyulun 19-dək Bakıda gerçəkləşəcək. Bakılılar bu müddətdə 4 yoxlama oyunu keçirəcək. Hazırlığın ikinci hissəsi 20 iyul – 4 avqust aralığında Türkiyənin Bolu şəhərində olacaq və komanda qonşu ölkədə də 4 yoxlama oyunu keçirəcək.

 






































 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right