“Qarabağ”ın ilk oyununun saatı açıqlandı

“Qarabağ” sabah Avstriyada ilk yoxlama oyununu keçirəcək.
 
Newsport.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası “Ludoqorets”lə qarşılaşacaq. Bolqarıstan təmsilçisi ilə matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
 
Qeyd edək ki, “Qarabağ” Avstriyada ümumilikdə 4 yoxlama oyunu keçirəcək. Ağdam təmsilçisi “Ludoqorets”dən başqa, Rumıniyanın “Krayova” (25 iyun), Rusiyanın “Ufa” (28 iyun), Çexiyanın “Viktoriya” (2 iyul) klubları ilə də qarşılaşacaq.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right