Gəncə şəhər stadionunda daha bir meydan salınır

Futbol infrastrukturunun inkişafı məqsədilə AFFA daha bir layihənin icrasına start verir.

 

Newsport.az federasiyanın saytına istinadən xəbər verir ki, iyunun 24-dən etibarən Gəncə şəhər stadionunun ərazisində AFFA-nın maliyyə vəsaiti hesabına süni örtüklü standart ölçülərə malik (105x68m) məşq meydanının inşası başlayacaq.

 

Tikinti işləri bütövlükdə AFFA-nın hesabına həyata keçiriləcək. Meydan hazır olduqdan sonra “Kəpəz” klubu ilə yanaşı, uşaq futbol komandaları da süni örtüklü meydandan yararlana biləcək.

 

Gəncə şəhər stadionunun əsas meydanının da təbii ot örtüyünü 2017-ci ildə AFFA inşa edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right