"Qarabağ" daha çox qələbələrə öyrəşib" "Partizani"nin baş məşqçisi

"Bazar ertəsi klubla razılığa gəldim və dərhal yeni oyunçularımla məşqə çıxdım".

Newsport.az saytının məlumatına görə, bunu "Partizani"nin baş məşqçisi Franko Lerda deyib.

Albaniya çempionu Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq. Ölkəsi İtaliya mətbuatına danışan yeni çalışdırıcı komandasının şanslarını dəyərləndirib.

52 yaşlı mütəxəssis "Qarabağ" səddini keçməyin onlara böyük üstünlüklər qazandıracağını düşünür: "Vaxtımız azdı. Amma məqsədimiz Çempionlar Liqasının mərhələsində "Qarabağ"la keçiriləcək ilk oyuna tam hazır olmaqdı. İlk dəfə ölkə xaricində çalışdığım üçün həyəcanlıyam. Xaricdə təcrübə toplamaq şansını qaçıra bilməzdim. Mənim üçün ilklərdən biri də Çempionlar Liqasıdı. "Qarabağ"a qarşı iki önəmli matça çıxacağıq. Yeganə hədəf II mərhələyə yüksəlməkdi. Komanda olaraq yalnız buna köklənmişik. Növbəti mərhələyə adlamaq həm də kluba maliyyə baxımından kömək olacaq. Bundan sonra Albaniya futbolunda böyük geridönüş olacaq".

Lerda "Qarabağ"ın daha təcrübəli komanda olduğunu da vurğulayıb: "Sloveniyada təlim-məşq toplanışındayıq və iyulun 2-dək burda qalacağıq. "Qarabağ"la matçın son hazırlığını isə Tiranada keçəcəyik. Başa düşürük ki, ilk rəqib bizdən daha çox qələbələrə öyrəşmiş komandadı. Ancaq yenə də inamım var. Komandamla bağlı ilk təəssüratlarım müsbətdi. Komanda hələ tam komplektləşməyib. Mümkün olduğu qədər rəqabətli kollektiv qurmaq istəyirik".

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında oyunlar 9/10 və 16/17 iyul tarixlərində keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right